"Səfərdə oynamaq daha çətindir".
Offsideplus.az xəbər verir ki, bu sözləri Misli Premyer Liqasının 5-ci turu çərçivəsində keçirilən səfərdə "Sumqayıt"- "Şamaxı" (1:1) matçından sonra qonaq komandanın baş məşqçisi Azər Bağırov mətbuat konfransında deyib.
Mütəxəssis matçla bağlı fikirlərini bölüşüb:
"Çox çətin oyun keçəcəyini düşünsək də, futbolçular yaxşı oyun keçirdilər. Sadə səhvdən qapımızda qol gördük. Futbolda belə halların olması normaldır. Səhvlərimiz üzərində çalışıb daha yaxşı nəticə göstərmək üçün əlimizdən gələni edəcəyik. "Araz-Naxçıvan"la növbəti matçda psixoloji cəhətdən sıxıntımız olacağını düşünmürəm".


