Dünyanın ikinci raketkası Yelena Rıbakina "US Open" turnirinin qalibi olub.

Offsideplus.az xəbər verir ki, qazaxıstanlı tennisçi həlledici final matçında Arina Sabalenkaya qalib gəlib – 6:4, 5:7, 6:2.

Rıbakina "Böyük Dəbilqə" turnirlərinin üçqat çempionu olub. O, daha əvvəl 2022-ci ildə "Uimbldon"da və 2026-cı ildə "Australian Open"də zəfər qazanıb. Rıbakina "Dəbilqə"lərdə üç titulu olan beşinci tennisçidir. Cennifer Kapriati, Lindsi Devenport, Anjelik Kerber və Eşli Barti də eyni sayda titula malikdir.

Bundan əlavə, idmançı 2000-ci ildən bəri eyni mövsümdə həm "Australian Open", həm də "US Open"i qazanan üçüncü tennisçi kimi tarixə düşüb. Daha əvvəl buna 2016-cı ildə Kerber və 2024-cü ildə Sabalenka nail olmuşdu.

Ümumilikdə, Rıbakina karyerasında 14-cü (finallarda balans – 14:13), bu mövsüm isə 3-cü WTA titulunu qazanıb. O, 2026-cı ildəki bu göstəricisi üzrə Sabalenka və Mirra Andreyeva ilə bərabərləşib.

Qeyd edək ki, turnirin yekunlarına əsasən o, karyerasında ilk dəfə dünya reytinqində birinci pilləyə yüksələcək.