"Maklaren"in pilotu Lando Norris İspaniya Qran-prisinin sıralama turunda ən yaxşı nəticəni göstərib.

Offsideplus.az xəbər verir ki, bu poul-pozisiya britaniyalı sürücü və komandası üçün mövsümdə üçüncüdür. O, bundan əvvəl Macarıstan və Niderland Qran-prilərinin sıralama turlarında da qalib gəlib və hər iki yarışı zəfərlə başa vurub.

2026-cı ildə, həmçinin "Mersedes"in pilotları Andrea Kimi Antonelli (6) və Corc Rassell (4), eləcə də "Alpin"in sürücüsü Pyer Qasli (1) poul qazanıblar.

Bu, Norrisin F1 karyerasında 19-cu poul-pozisiyasıdır. Lando bu göstərici ilə Mario Andretti, Rene Arnu və Kimi Raykkoneni geridə qoyaraq tarixdə 18-ci pilləyə yüksəlib.