UFC-nin keçmiş çempionu Xamzat Çimayev Şon Striklendə məğlubiyyətdən sonra yaşadıqlarından danışıb. O bildirib ki, bu nəticə motivasiyasına təsir etməyib və məşqlərini əvvəlki kimi davam etdirir. Çimayev qeyd edib ki, qəfəsə qayıdıb Striklendə qarşı yenidən döyüşmək arzusundadır. "Qəfəsdən çıxan kimi dedim ki, geri qayıtmaq və onunla bir daha döyüşmək istəyirəm. Hakimlərin qərarı olsa da, bu məğlubiyyətə görə məsuliyyəti öz üzərimə götürürəm. Onu vaxtından əvvəl məğlub etməli idim, onda heç bir sual yaranmazdı. Mən hakim qərarlarını sevmirəm", – deyə Çimayev vurğulayıb.

Offsideplus.az xəbər verir ki, Xamzat Çimayev 10 may tarixində UFC 328-də Şon Striklendə bölünmüş hakim qərarı ilə uduzub. Bu, onun peşəkar karyerasında ilk məğlubiyyəti olub və orta çəki dərəcəsində çempionluq kəmərini itirib.