Səudiyyə Ərəbistanı Pro Liqasında qalmaqallı hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, "Əl-Hilal"ın portuqaliyalı ulduz yarımmüdafiəçisi Ruben Neveş "Əl-Taavun"la matçda rəqib komandanın azarkeşləri tərəfindən təxribatla üzləşib. Meydan sahiblərinin fanatları Neveşi qıcıqlandırmaq üçün ötən il faciəvi şəkildə dünyasını dəyişən yaxın dostu Dioqo Jotanın adını şüar şəklində səsləndiriblər.

Oyun bitdikdən sonra portuqaliyalı futbolçu rəqib azarkeşlərin bu hərəkətinə kəskin reaksiya verib:

"Əxlaqsızlıq etdilər. Ümid edirəm ki, bu etdiklərindən sonra gedib namaz qılmazlar".