UFC çempionu İslam Maxaçev Yaroslav Amosovu özü üçün təhlükəli rəqib hesab etmədiyini bildirib. 

Offsideplus.az xəbər verir ki, o, Şavkat Raxmonov, Prates və Moralesi bacarıq baxımından eyni səviyyədə gördüyünü deyib.

Maxaçev bu barədə belə danışıb: "Əgər səmimi desəm, Şavkat Raxmonov, Prates və Moralesi bir səviyyədə sayıram. Prates güclü zərbələrə malikdir. Morales özü həm fiziki, həm də güləş və ayaqüstü döyüşdə təhlükəlidir. Şavkat isə ümumi bacarıqları ilə ciddi rəqibdir. Dastin Puarye hesab edir ki, mənim üçün ən təhlükəli rəqib Yaroslav Amosov olacaq. Amma mən belə düşünmürəm. Onun döyüşünü izləmişəm, orada bir nəfər onun güləşini dayandırdı. Mənim üçün təhlükəli deyil. Məncə, ən təhlükəli və ciddi rəqiblərdən biri İan Gerri olacaq. Fikrimcə, mən kəməri buraxandan sonra o, çempion olacaq. O, hələ cavan oğlandır, 28 yaşı var, vaxtı çatacaq".

Qeyd edək ki, UFC 330 turnirində Filadelfiyada Maxaçev İan Gerri üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanaraq yarımorta çəki dərəcəsində ilk dəfə titulunu qoruyub.