"Mançester Yunayted" ilə müqaviləsinin müddəti bitdikdən sonra sərbəst agent statusu qazanan Ceydon Sançonun karyerası ilə bağlı qeyri-müəyyənlik davam edir.
Offsideplus.az xəbər verir ki, Almaniya təmsilçisi "Borussiya Dortmund" ingiyili cinah oyunçusunu yenidən heyətinə qatmaq fikrində olmadığını rəsmən açıqlayıb.
Daha əvvəl "Çelsi" klubunun da 5 milyon funt-sterlinq təzminat ödəyərək futbolçunun transferini daimi etməkdən imtina etdiyi bildirilmişdi.
Dortmund klubunun da bu keçiddən imtina etməsi ilə Sanço indiki mərhələdə klubsuz qalıb.


