Lamin Yamal "Qızıl top" uğrunda Kilian Mbappe ilə rəqabət barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, "Barselona"nın gənc cinah oyunçusu MovistarPlus+ kanalına müsahibəsində bunları deyib:

"Qızıl top"u dünyanın ən yaxşı futbolçusuna vermək lazımdır. Onu kimə təqdim edəcəkləri isə uzun müzakirə mövzusudur. Mən səmimi şəkildə düşünürəm ki, hazırda dünyada iki ən yaxşı futbolçu var: mən və Mbappe. Bu il qazandığım nailiyyətləri nəzərə alsaq, mükafatı mən haqq edirəm. Məncə, bu, aydındır və oyunları izləyən hər kəs bunu bilir".