Kipr çempionatında 3-cü turun oyunları keçirilib.
Offsideplus.az xəbər verir ki, azərbaycanlı Murad Məmmədovun şərəfini qoruduğu “Pafos” da növbəti matçına çıxıb.
Komanda səfərdə AEK-i 1:0 hesabı ilə məğlub edib. Məmmədov isə zədə səbəbindən qarşılaşmada iştirak etməyib.
Qeyd edək ki, “Pafos” 7 xalla turnir cədvəlinin lideridir.


