UFC döyüşçüsü Şara Bullet yaxın vaxtlarda təşkilatın turnirlərindən birində əsas döyüşdə iştirak edəcəyini açıqlayıb. O bildirib ki, Ekvadorda Hype FC-də qreplinq üzrə döyüş təklifi alıb, lakin UFC-nin onun üçün başqa planları var.
Offsideplus.az xəbər verir ki, Şara Bullet bu barədə belə deyib: "Bütün digər təklifləri kənara qoymalı oldum və irsim üçün mübarizəyə davam edirəm – UFC-də əsas döyüş, beş raundlu qarşılaşma. Mən bu anı uzun müddət gözləmişəm və buna çox çalışmışam". Qeyd edək ki, Şara son yeddi döyüşünü UFC-nin Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında keçirilən turnirlərində keçirib. Yaxın Şərqdə növbəti UFC turniri 21 noyabrda Qətərdə baş tutacaq və həmin tədbirdə əsas döyüş hələ elan olunmayıb. Bo Nikal isə UFC-dən Şara Bullet ilə döyüş təşkil etməyi xahiş etdiyini, lakin bu təklifin qəbul edilmədiyini bildirib.


