"Arsenal" klubunun cinah oyunçusu Noni Madueke ilə Avropanın tanınmış klubları maraqlanmağa başlayıb.
Offsideplus.az xəbər verir ki, "Atletiko Madrid" və "Yuventus" 24 yaşlı futbolçunu yaxınlaşan yanvar transfer pəncərəsində heyətinə qatmaq imkanlarını araşdırır.
Cari mövsümdə "Arsenal"ın heyətində İngiltərə Premyer Liqasında düzenli olaraq şans qazanmaqda çətinlik çəkən gənc oyunçu üçün ən real yolun satınalma opsiyası ilə icarəyə verilməsi olduğu bildirilir.
Hələlik klublar arasında rəsmi danışıqların başlanmadığı, lakin tərəflərin vəziyyəti yaxından izlədiyi qeyd olunur.


