UFC-nin keçmiş çempionu Oleg Taktarov Tom Aspinallın ağır çəki kəmərindən imtina etməsinə münasibət bildirib. O, bu çəki dərəcəsində rəqabətin artmasının vacibliyini vurğulayıb və Aspinallın da göz zədəsi səbəbindən kəməri buraxdığını qeyd edib.

Offsideplus.az xəbər verir ki, Taktarov Aleksandr Volkovun titul uğrunda mübarizə aparmaq şansını yüksək qiymətləndirib. Onun sözlərinə görə, Volkov həm Siril Qanı, həm də digər rəqibləri məğlub edə bilər. Volkovun növbəti döyüşü 24 oktyabrda, UFC 333-də Əbu-Dabidə Rizvan Kunievə qarşı baş tutacaq.