İspaniya millisinin və "Barselona"nın gənc cinah oyunçusu Lamin Yamal uğurla kifayətlənmək niyyətində olmadığını deyib.

Offsideplus.az xəbər verir ki, Yamal MovistarPlus+ kanalına müsahibəsində fikirlərini belə ifadə edib:

"Futbolda böyük oyunçular olub – Leo Messi, Kriştiano Ronaldu və ya Dieqo Maradona. Onun oyununu izləyə bilməmişəm, amma ondan əvvəl heç kim bu qədər çox kubok qazanmamışdı. Pele də nümunədir, o, karyerasının əvvəlində çox uğur əldə edib, sonrakı dövrdə isə fərqli olub. Bəziləri düşünür ki, nəsə qazandıqdan sonra rahatlaşa bilərəm, amma mən bilirəm ki, futbol tarixində iz qoymaq üçün hələ minlərlə iş görməliyəm".

Yamal əlavə edib:

"Dünyanın ən yaxşı iki oyunçusu – mən və Mbappeyik. Bu il isə ən yaxşı mənəm".