"Real Madrid" klubunun və dünya futbolunun canlı əfsanələrindən biri İngiltərə Premyer Liqasında çıxış edə bilər.

Offsideplus.az xəbər verir ki, ​təcrübəli ispan müdafiəçi Serxio Ramos karyerasını İngiltərədə davam etdirməyə çox yaxındır. "Aston Villa" sərbəst agent statusu daşıyan 40 yaşlı futbolçunu transfer etmək üçün danışıqlar aparır.

​2025-ci ilin dekabrında "Monterrey" klubundan ayrıldıqdan bəri klubsuz olan futbolçu ilə razılığın əldə olunmaq üzərə olduğu bildirilir. Ramosun gələn həftə yeni komandasında tibbi müayinədən keçməsi gözlənilir.