İngiltərənin "Çelsi" klubu "İnter Milan"ın mərkəz müdafiəçisi Alessandro Bastonini yaxınlaşan yanvar transfer pəncərəsində heyətinə qatmaq imkanlarını nəzərdən keçirir.
Offsideplus.az xəbər verir ki, London təmsilçisinin bu transfer üçün 80 milyon avro ödəməyə hazır olduğu bildirilir.
Baş məşqçi Xabi Alonso ispan mütəxəssisin tələbi ilə italyan müdafiəçinin "Stemford Bric"ə gətirilməsində israrlıdır.
Digər tərəfdən, "İnter Milan"ın yüksək maliyyə tələbləri "Barselona"nı çəkindirib və Kataloniya klubu daha ucuz müdafiəçi alternativlərinə yönəlib.


