Londonun "Çelsi" klubu "Barselona"nın istedadlı yarımmüdafiəçisi Fermin Lopesi yaxınlaşan yanvar transfer pəncərəsində heyətinə qatmaq üçün hərəkətə keçib.

Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisi ispan futbolçu üçün təxminən 140 milyon avro dəyərində təklif irəli sürməyə hazırlaşır.

​Komandanın baş məşqçisi Xabi Alonso ispan oyunçunun transferini prioritet vəzifə kimi müəyyənləşdirib və onu "Stemford Bric" layihəsinə inandırmaqda qərarlıdır.

"Barselona" rəhbərliyinin oyunçunu satmaq istəmədiyi, lakin hər hansı danışıqların yalnız 130 milyon avrodan yuxarı məbləğlə başlana biləcəyi bildirilir.