Mərab Dvalişvili qarşıdakı UFC 333-də Petr Yanla keçirəcəyi döyüşə iddialı hazırlaşdığını bildirib. Gürcüstanlı döyüşçü bu dəfə rəqibinə qarşı daha aqressiv çıxış edəcəyini və üstünlüyü ələ alacağını deyib.

Offsideplus.az xəbər verir ki, Dvalişvili hazırlıq prosesinin uğurla davam etdiyini vurğulayıb: "Hesab 1-1-dir, üçüncü döyüşdə kimin həqiqi çempion olduğunu müəyyən edəcəyik. Əminəm ki, bu mən olacağam. Hazırda Alcameyn Sterling, Muin Qafurov və Deyvi Qrantla birgə məşq edirəm. Qırıq burun? Əməliyyat etdirməmişəm. Əsas odur ki, xanımlar məni bəyənir. Üçüncü döyüşdə özüm kimi olmalıyam. Keçən dəfə başına həddindən artıq fokuslanmışdım. İndi isə bədənə və başa zərbələri qarışdıracağam. Son döyüşdə o, birinci nömrə idi, bu dəfə isə mən birinci nömrə olacağam, bədəninə və başına zərbələr endirib üzünü dağıdacağam". Döyüş 24 oktyabrda Abu-Dabidə baş tutacaq.

Petr Yan isə Dvalişviliyə səslənərək bildirib: "Döyüşdən əvvəl yaxşı sığorta etdirməlisən, çünki burnunu tamamilə sındırmalı olacağam".