Tom Aspinall artıq UFC-nin mütləq ağırçəki çempionu deyil. İngiltərəli döyüşçü bu barədə sosial şəbəkədə açıqlama verib və gözündəki əməliyyatlardan sonra yaranan problemlərə görə kəmərdən imtina etdiyini bildirib.
Offsideplus.az xəbər verir ki, Aspinall ötən il UFC 321-də Siril Qane ilə titul döyüşündə gözünə zərbə aldığı üçün qarşılaşma No Contest elan olunmuşdu və o vaxtdan bəri döyüşməyib. Sonradan Aspinall bir neçə dəfə əməliyyat keçirib, lakin sağalmaq mümkün olmayıb. O, "Hazırda gözlərimdə davam edən problemlər səbəbindən tibbi icazə ala bilmirəm. Bir neçə əməliyyat, qəza və infeksiya yaşadım, döyüşə qayıtmaq üçün hər şeyi etdim. Artıq UFC-yə müraciət edərək kəmərdən imtina etdiyimi açıqlamağa icazə istədim, çünki ağırçəkid divizionunu ləngitmək istəmirəm" deyib.
Aspinall əlavə edib ki, "Bu qərar idmandan və arzularımdan imtina etmək deyil. Sağalmaq, tibbi icazə almaq və tezliklə yenidən döyüşmək üçün əlimdən gələni edəcəyəm". O, zədəsinin qayda pozuntusu nəticəsində baş verdiyini və bunun karyerasına ciddi təsir etdiyini vurğulayıb.
Qeyd edək ki, Aspinall 2023-cü ilin noyabrında Sergey Pavloviçi məğlub edərək UFC-nin müvəqqəti ağırçəkid kəmərini qazanmışdı. Daha sonra Kurtis Bleyzsi üstələyib, Con Consun karyerasını bitirməsindən sonra mütləq çempion elan olunmuşdu. Qane ilə döyüş isə onun ilk titul müdafiəsi idi və birinci raundda göz zərbəsi səbəbindən yarımçıq qalmışdı.


