FIBA Çempionlar liqasının təsnifat oyununda "LANDAU Lions" Latviyanın "Vef Riqa" kollektivinə məğlub olu (88-105).
Offsideplus.az xəbər verir ki, "LANDAU Lions" komandasının baş məşqçisi Erhan Toker matçdan sonra açıqlama verib:
"İlk iki dövrəni daha yaxşı oynadıq. İkinci yarıda bir qədər oyundan qopduq. Təbii ki, bu bizim hazır olmamağımızdan da qaynaqlana bilər. Bu sadəcə 2-ci oyunumuz idi. Hələ də komanda da rollar bəlli deyil. Mənnun olduğum və razı qalmadığım tərəflər var. Müdafiədə daha sərt oynamağımız lazım idi. Yekunda oyundan razı, amma nəticədən razı qalmadım. Yekunda bizə faydalı oyun oldu. Oyunçularımdan göstərdikləri mübarizəyə görə razı qaldım. Qarşıda bizi FIBA Avropa liqasına hazırlıq gözləyir".


