UFC-nin yüngül çəki üzrə çempionu İslam Maxaçev sosial şəbəkədə Con Consa cavab verib. Daha əvvəl Con Cons bildirib ki, onun dopinq testinin müsbət çıxması Daniel Kormye ilə döyüşün nəticəsinə təsir etməyib və həmin qarşılaşma ləğv edilib.

Offsideplus.az xəbər verir ki, Maxaçev bu barədə yazıb: "Con, mən heç bir halda sənin nailiyyətlərini kiçiltmək istəmirəm. Amma elə bil bütün həyatın qaydaları pozmaqla bağlıdır. Nədənsə sən heç vaxt günahkar olmursan". Qeyd edək ki, Maxaçev daha əvvəl də Con Consa qarşı çıxış edərək, onun ardıcıl 20 qələbə seriyasını tanımadığını, çünki Daniel Kormye ilə döyüşün nəticəsinin dopinq səbəbindən ləğv edildiyini vurğulayıb. Con Cons isə cavabında bildirib: "Sənin məşqçin məni 'Tanrıdan bir hədiyyə' adlandırıb, səni isə nokauta salıblar".