"Qolden Steyt Uorriors"un baş məşqçisi Stiv Kerr yay fasiləsində heyəti daha gənc oyunçularla gücləndirmək istədiklərini, lakin bunun hər zaman mümkün olmadığını deyib.
Offsideplus.az xəbər verir ki, Kerr bu barədə belə danışıb: "Özüm də vaxtilə baş menecer olmuşam və bilirəm ki, sadəcə sehrli şəkildə 'komandanı gəncləşdiririk' deməklə iş bitmir. Biz çalışdıq, amma burada bir çox amil rol oynayır. Bəzi addımlar atmaq üçün aktivlərə və maaş limiti imkanlarına ehtiyac var. Konkret təkliflərə gəlincə, bu, Mayk Danlivi və Co Leykobun işidir, amma əlbəttə, hər şeyi mənimlə razılaşdırırlar. Yayda mümkün olan hər şeyi etdik. Bizim cavabımız heyətin dərinliyi olacaq. Bütün heyətə, o cümlədən iki tərəfli müqavilə ilə çıxış edən oyunçulara güvənəcəyik. Xoşbəxtlikdən, heyətimizdən razıyam və inanıram ki, bu oyunçular Cimmi Batler və Mozes Mudinin mövsümün ikinci yarısında qayıdışına qədər bizə kömək edəcəklər."


