"Barselona"nın ulduzu Çempionlar Liqası barədə təəssüratlarını bölüşüb.
Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi Rodri komandanın Çempionlar Liqasındakı şansları və qazanmaq üçün nələrə ehtiyac duyduğu barədə sərt və reallığı əks etdirən açıqlamalar verib. Təcrübəli futbolçu kataloniyalıların hələ inkişaf etməli sahələrinin olduğunu vurğulayıb.
Turnirdəki şanslarını dəyərləndirən Rodri bildirib: "Əlçatandırmı? BƏLİ. Amma düşünmürəm ki, biz favoritik! Hardan gəldiyimizi və çempion olmaq üçün nə lazım olduğunu anlamalıyıq. Bu komandanın hələ bir çox şeyi düzəltməyə ehtiyacı var: qırmızı vərəqələr, buraxılan penaltilər və bəzən əsassız yerə buraxılan qollar."
Müdafiə xəttinin vacibliyinə diqqət çəkən ispan yarımmüdafiəçi əlavə edib: "Hücumda bir az az parlaq olmaq, amma arxada qat-qat daha ardıcıl və möhkəm olmaq daha yaxşıdır! Mənim kimi oyunçular da məhz bunun üçün gəliblər: komandanın böyüməsinə kömək etmək və Çempionlar Liqası kimi xüsusi kuboku qazanmaq üçün vacib olan o ölçünü əlavə etmək."
Turnirin xüsusiyyətlərindən danışan oyunçu təcrübənin vacibliyini qeyd edib:
"Çünki Çempionlar Liqası həmişə ən yaxşı komanı mükafatlandırmır. Bu, anların turniridir – həmin anları tanımağı, idarə etməyi və nəzarətdə saxlamağı bacarmalısan. Bu isə təcrübə ilə gəlir... Əgər məndən bu kuboku qazanmaq şansımızın olub-olmadığını soruşsursunuzsa... Mən məhz buna görə buradayam!"



