Tac Gibson 17 illik NBA karyerasından sonra peşəkar basketbolçu fəaliyyətini başa vurduğunu açıqlayıb. 41 yaşlı sabiq forvard bundan sonra "Çikaqo Bulls" klubunun məşqçi heyətinə qoşularaq Tyaqo Splitterin köməkçisi olacaq.
Offsideplus.az xəbər verir ki, Gibson 2009-cu il NBA dreftində "Çikaqo Bulls" tərəfindən 26-cı seçimlə seçilmişdi. O, karyerası ərzində NBA-də ümumilikdə 1012 oyunda iştirak edib və "Oklahoma Siti Thunder", "Minnesota Timberwolves", "Nyu-York Niks", "Vaşinqton Vizards", "Detroyt Pistons", "Şarlott Hornets" və "Memfis Qrizlis" klublarının da formasını geyinib. 2025/26 mövsümündə "Memfis Qrizlis"də 10 oyunda meydana çıxıb. Gibson karyerası ərzində orta hesabla 8,3 xal, 5,7 ribaund və 22,9 dəqiqə meydanda olub.


