Portuqaliyalı baş məşqçi Joze Mourinyo "Real Madrid"in pressinq strategiyası barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Mourinyo yüksək pressinqin bütün 90 dəqiqə ərzində tətbiq edilməsinin mümkün olmadığını bildirib. O qeyd edib ki, bu, "Real Madrid"in oyun üslubuna tam uyğun gəlmir və dünyada çox az komanda belə oynayır.
"Mən aşağı blokda müdafiə olunmağı da sevmirəm. Komandanın güclü olması üçün balans tapmaq lazımdır. Yüksək pressinq və topu rəqib meydanında qazanmaq bizim əsas xüsusiyyətlərimizdən biridir. Sürətli əks-hücumlar zamanı 3-4 saniyə ərzində həlledici zərbə vurmaq bacarığımız var və bunu bir neçə oyunda göstərmişik. Amma rəqib güclü olduqda və öz oyununu diktə etdikdə, biz passiv müdafiə ilə kifayətlənməməliyik. Mən istəmirəm ki, komandada belə bir düşüncə olsun: 'Biz əks-hücumda güclüyük, hücumçularımız sürətli hücumlarda rəqibi məhv edə bilər, ona görə də aşağı blokda oynamaq rahatdır.' Mən belə yanaşmanı qəbul etmirəm. Həmçinin, rəqibin bizim zəif anlarımızda bir neçə təhlükəli zərbə vurmasını və ya ardıcıl künc zərbələri ilə bizi sıxışdırmasını istəmirəm. Biz balans tapmalıyıq", – deyə Mourinyo vurğulayıb.


