"Sakramento" klubunun baş meneceri Skott Perri komandanın Ben Simmonsla müqavilə imzalamasına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, Perri Simmonsun uzun müddətdən sonra tam sağlam olmasına sevindiyini vurğulayıb: "O, liqaya gələndə olduqca istedadlı gənc basketbolçu idi. İndi isə daha çox onun üçün sevinirəm, çünki bir neçə ildən sonra ilk dəfə tam sağlamdır. Onun bərpa prosesi üçün nə qədər səy göstərdiyini bilirəm. Simmonsun yenidən basketbol meydançasına qayıtmasını səbirsizliklə gözləyirəm və bu yolun bir hissəsi olduğum üçün şadam".
Qeyd edək ki, 30 yaşlı Simmons 2025/26 mövsümünün hamısını buraxıb və bu müddətdə həm fiziki, həm də psixoloji bərpasına diqqət yetirib.


