"Latsio"nun baş məşqçisi Cennaro Gattuzo komandanın azarkeşlərinin matçlara gəlməməsinə münasibət bildirib.

Offsideplus.az xəbər verir ki, Gattuzo azarkeşlərin klubun sahibi Klaudio Lotitoya etiraz olaraq oyunları boykot etməsinə toxunub. O bildirib ki, yerli azarkeşlərdə böyük ehtiras var və komandaya qarşı çıxan hər kəs onların qəzəbinə tuş gəlir. "Hər kəs 'Stadio Olimpiko'da olmaq istəyir. Əgər onlar bizi Formellodan stadiona qədər yola salırlarsa, deməli, futbolçuların bu formanı necə qürurla daşıdığını görürlər. İnsanların, hətta yaşlıların belə gəlməsi məni təsirləndirdi. Futbol azarkeşsiz heç nəyə dəyməz, o halda itlə gəzməyə çıxmaq daha yaxşıdır", – deyə dünya çempionu "Milan"la 2:2 hesablı oyundan sonra bildirib.

Gattuzo əlavə edib ki, bu vəziyyətdə çox şey edə bilmirlər və burada oynamaq asan deyil. "Hazırkı atmosfer pandemiya dövrünü xatırladır, tribunalar yalnız 20-30 faiz dolu olurdu. Azarkeşlərin dəstəyinə çox ehtiyacımız var, 50 minlik tamaşaçı ordusunun yaratdığı ab-havanı çox darıxırıq", – deyə baş məşqçi vurğulayıb.

"Latsio" 4 turdan sonra 10 xal toplayaraq liderlər qrupunda qərarlaşıb.