“Ayın 18-i heyətlə bağlı tam qərar verəcəyik. İstəyirik ki, yeni adlar, gənclər olsun. Çünki onlar da nə vaxtsa başlamalıdır. Futbolçu qazanmalıyıq. Rüfət Abbasovu İslandiya ilə oyuna buraxanda onun üçün çətin idi, amma indi “Neftçi”də aparıcı oyunçu olub, millidə də əsaslardandır”
Bu sözləri milli komandanın baş məşqçisi Ayxan Abbasov Offsideplus.az-a açıqlamasında bildirib.
– 2 gün öndə Polşada idiz, indi Sumqayıtda. Bütün yerli futbolçuları izləyirsiniz. Bunu necə çatdırırsınız?
– (gülümsəyir). Yox, əlbəttə ki, tək deyiləm - köməkçilərim də var. Avrokuboklar başlayandan, yoxlama görüşləri daxil olmaqla çalışırıq ku, bütün oyunları izləyək. Futbolçuları canlı görmək başqadır. Legioner həyatı yaşayanlar az da olsa, çalışdıq ki, hansı ab-havada olduqlarını görək. Məncə, son görüşümüz daha maraqlı oldu. Çünki Mahir Emrelinin klubunun ona nə qədər güvəndiyini, lider futbolçu olaraq gördüklərini görmək xoş oldu. İşimizdir, çatdırırıq.
– “Şəfa” - “Sabah” oyunu barədə nə deyə bilərsiz?
– Maraqlı oyun oldu. Hamı gözləyrdi ki, “Sabah” ağır səfərdən sonra necə oynayacaq. Gördük ki, “Sabah” bu mövsüm də çempionluğa ən yaxşı namizədlərdəndir.
– Milli komandaya yeni futbolçular cəlb olunacaq?
– Əlbəttə, dəyişiklik olacaq. Ayın 18-i tam qərar verəcəyik. İstəyirik ki, yeni adlar, gənclər olsun. Çünki onlar da nə vaxtsa başlamalıdır. Futbolçu qazanmalıyıq. Rüfət Abbasovu İslandiya ilə oyuna buraxanda onun üçün çətin idi, amma indi “Neftçi”də aparıcı oyunçu olub, millidə də əsaslardandır. 2-3 gün sonra seçimimizi tam edəcəyik.
– Seyxan Fərəcovla Edqar Adilxanovun milli komandaya dəvət alacağı deyilir.
– Heyət məlum deyil, amma hər iki futbolçu siyahımızda var.


