İngiltərə millisinin sabiq müdafiəçisi Mayka Riçards "Mançester Siti"nin "Mançester Yunayted"ə qarşı Premyer Liqa oyununda (1:0) vurduğu qələbə qolunun qayda pozuntusu ilə qeydə alındığını bildirib.

Offsideplus.az xəbər verir ki, liqanın hakimlər komissiyası "şəhərlilər"in yarımmüdafiəçisi Enso Fernandesin ofsaydda olduğu halda "Mançester Siti"nin hücumçusu Erlinq Holandın qoluna təsir etdiyini təsdiqləyib. Əvvəlcə hakim Maykl Oliver qolu ofsayd səbəbindən ləğv edib, lakin VAR-dan sonra qərarını dəyişib.

Riçards deyib: "Enso açıq-aşkar başla zərbə vurmağa çalışırdı? Əlbəttə, yüz faiz çalışırdı. Düşünürəm, bu, hakimlər və VAR üçün uğursuz gün idi. Onlar həm Fodenin epizodunda, həm də burada səhvə yol verdilər. Necə iddia etmək olar ki, Enso top uğrunda mübarizə aparmır? Təbii ki, aparır! Mən müdafiəçi kimi belə vəziyyətdə olmuşam və bilirəm ki, ən kiçik hərəkət belə topa gedib-getməməyə təsir edir, bu isə qapıçı və ya müdafiəçinin hərəkətinə mütləq təsir göstərir. Hesab edirəm, hakimlər kobud səhv etdilər".