Kosovo çempionatında 6-cı turun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Vüsal İsgəndərlinin çıxış etdiyi "Malişeva" "Lapi"nin qonağı olub.

Onlar özünü qonaq kimi aparmayıb və böyükhesablı qələbə qazanıblar - 4:0.

V. İsgəndərli komandasının ilk qolunun müəllifi olub. 

O, son üç turda ümumilikdə 4 qol vurub

"Malişeva" hazırda 13 xalla çempionatda 2-ci yerdədir.

Vüsalın vurduğu qolu sizə təqdim edirik: