"Real Madrid"in baş məşqçisi Joze Mourinyo Vinisius Juniorun mövsümün əvvəlindəki çıxışından razı qaldığını bildirib.

Offsideplus.az xəbər verir ki, portuqaliyalı mütəxəssis braziliyalı vingerin 6 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qaldığını qeyd edib. Mourinyo bildirib: "Ən yaxşı Vinisius o vaxtdır ki, qol vurur. Əlbəttə, məhsuldar ötürmələr və komanda üçün işləmək də çox vacibdir. Fədakarlıq, birlik və kollektiv səylər böyük rol oynayır. Gündəlik məşqlərdə də o, özünü yaxşı göstərir. Amma başqa bir Vinisius da var. Keçən mövsüm Lissabonda, xüsusilə pley-offun iki gərgin oyununda gördüyümüz Vinisius – bir şansı olur, qol vurur və məsələ həll olunur. Hazırda məhz bu ən yüksək səviyyəli oyunu çatışmır, amma mən ondan razıyam".