"Toronto Reptors" rəhbərliyi ikiqat NBA finalının ən dəyərli oyunçusu (MVP) Kavay Leonardı heyətinə qaytarıb.
Offsideplus.az xəbər verir ki, razılaşma əsasında Brendon İnqram, Qreydi Dik və bir neçə gələcək draft hüququ "Los-Anceles Klippers"ə keçib. Bu keçid NBA-nın "Klippers"lə bağlı apardığı araşdırma və intizam tədbirləri səbəbindən yubanmışdı.
Klubun baş meneceri Bobbi Vebster çempion basketbolçunun Kanadaya qayıdışından məmnunluğunu ifadə edib:
"Kavayın komandamıza, şəhərimizə və ölkəmizə təsiri danılmazdır. O, bizə çempionluq ruhu gətirir. Onun liderliyi növbəti zəfər yolunda bizə böyük kömək olacaq".
Qeyd edək ki, 2019-cu ildə "Toronto Reptors"u tarixində ilk dəfə NBA çempionu edən 35 yaşlı ulduz, yeni mövsümdə serbiyalı baş məşqçi Darko Rayakoviçin rəhbərliyi altında çıxış edəcək.


