NBA ulduzu Cimmi Batler Braziliyanın "Santos" klubunun təlim-məşq bazasını ziyarət edib.

Offsideplus.az xəbər verir ki, Batleri hazırda zədədən bərpa olunan Neymar müşayiət edib. Basketbolçuya klubun bazasında ekskursiya təşkil olunub, ona Neymar və Qabigolun imzalı formaları hədiyyə edilib. Batler həmçinin Neymarla birlikdə stolüstü tennis oynayıb. "Santos"un paylaşdığı fotolardan birində Batlerin klubun emblemini öpdüyü əks olunub.