"Sabah" Misli Premyer Liqasının 2026/2027 mövsümünün startında ardıcıl 4-cü quru hesablı qələbəsini qazanıb.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu, ölkə çempionatları tarixində 4-cü belə seriyadır. Daha əvvəl "Xəzri" (1995/1996), "Xəzər Lənkəran" (2007/2008) və "Qarabağ" (2019/2020) eyni uğura imza atıb.
Lakin "Sabah" vurulan 11 cavabsız qolla çempionatlar tarixinin ən yaxşı göstəricisinə sahib olub.
V turda "Şəfa"nı 3:0 hesabı ilə üstələyən paytaxt təmsilçisi, həmçinin səfərdə 10-cu böyükhesablı qələbəsini əldə edib.
Matçda fərqlənən Velko Simiç isə "Sabah"ın heyətində keçirdiyi 46-cı oyunda 20-ci qolunu vuraraq yubileyini qeyd edib.


