"Neftçi" Misli Premyer Liqasının cari mövsümünün ilk 5 turunda vurulan 15 qolla (orta məhsuldarlıq 3,00) en məhsuldar komanda olub.
Offsideplus.az Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, bu nəticə turnirdə son 12 mövsümün rekordunun təkrarıdır (2016/2017-ci illər mövsümündə "Qəbələ" 15 qol vurub).
"Ağ-qaralar" həm də XXI əsrdəki özünə məxsus ən yüksək göstəriciyə imza atıb.
Paytaxt təmsilçisinin heyətində 6 dəfə fərqlənən Breno Almeyda isə son 14 mövsümün rekordunu təkrarlayıb.
O, "Neftçi"də son 16 ildə ilk 5 matçda bu qədər qol vuran ilk futbolçu olub.


