İngiltərə Liqa Kubokunun üçüncü mərhələsində maraqlı qarşılaşmalar keçiriləcək.
Offsideplus.az xəbər verir ki, çərşənbə axşamı "Arsenal" səfərdə "İpsviç"in qonağı olacaq, "Liverpul" isə öz meydanında "Tottenhem"lə üz-üzə gələcək. Çərşənbə günü "Mançester Yunayted" doğma azarkeşləri önündə "Brayton"u qəbul edəcək. Cümə axşamı isə "Mançester Siti" öz meydanında "Norviç"lə qarşılaşacaq.


