Yunanıstanın "Panatinaikos" klubunun kapitanı Kostas Slukas zədədən sonra bərpa prosesi və gələcək planları barədə danışıb. 36 yaşlı müdafiəçi bildirib ki, hazırda reabilitasiya mərhələsinin yaxşı bir hissəsindədir və təxminən 15-20 gün ərzində komanda ilə məşqlərə qoşulacağını gözləyir.

Offsideplus.az xəbər verir ki, Slukas əməliyyatdan sonra məşqlərə başlasa da, "PAOK" ilə keçirilən mövsümöncəsi oyunda planlaşdırılandan daha çox – əlavə vaxtla birlikdə təxminən 30 dəqiqə meydançada qalıb. Bu səbəbdən onun ayağında ödem yaranıb və yay aylarını tamamilə bərpa ilə keçirib. Dördqat EuroLeague çempionu qeyd edib: "Əgər kapitan və oyunçu kimi üzərimə qoyulan gözləntiləri doğrulda bilməsəm, bu mövsüm mənim üçün sonuncu olacaq. Həmçinin bədənimin vəziyyətinə də baxacağam. Amma düşünürəm ki, karyeram hər halda çox uzun çəkməyəcək. İstəyirəm, basketbolu hələ yüksək səviyyədə çıxış edərkən bitirim".