Keçmiş NBA oyunçusu Qlen Devis "LA Klippers"dəki sabiq komanda yoldaşı Bleyk Qriffin haqqında fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, Devis Qriffinin karyerasında atletizminin əsas rol oynadığını bildirib: "Bu barədə tez-tez düşünürəm. O, daim irəli gedirdi, heç nəyə baxmadan. Amma həlledici anlarda özünü göstərmirdi. Bəli, o, atletik idi, səbətə doğru irəliləyib möhtəşəm alı-ooplar vururdu. Amma düşünmürəm ki, gözləntiləri tam doğrultdu. Bleyk tullanma qabiliyyətini itirəndə hər şey adi görünməyə başladı. Artıq heç nə edə bilmirdi. Atletizmi ona səbət altında kömək edirdi, bəli, müəyyən koordinasiyası da var idi. Amma atletizmi bitəndə, o, heç kimə çevrildi, tamamilə heç kimə."