"Liverpul"un sabiq müdafiəçisi Ceymi Karrager komandanın mövsümə uğursuz başlamasında baş məşqçi Andoni İraolanı günahlandırmadığını bildirib.

Offsideplus.az xəbər verir ki, Karragerin fikrincə, "Liverpul" Premyer Liqanın ilk 4 turunda cəmi bir qələbə qazanıb, üç dəfə heç-heçə edib və 6 xal toplayaraq turnir cədvəlində 8-ci pillədə qərarlaşıb.

"Mən baş məşqçiyə təzyiq göstərmirəm və onu tənqid etmirəm – mövsümün başlanğıcı uğurlu alınmayıb, amma bu heyətin ötən mövsümdə göstərdiyi oyun klub üçün qəbuledilməz idi. Mövsümün sonunda baş məşqçi dəyişdi və "Liverpul" rəhbərliyi, əslində, Arne Slota belə dedi: 'Bizim əla futbolçularımız var, amma sən onlardan maksimum nəticə ala bilmədin.' Yaxşı, belə olsun. Yeni baş məşqçi gəlib, amma demək olmaz ki, ona bir neçə transfer pəncərəsi lazımdır. O, işə yeni başlayıb, amma bu futbolçular artıq uzun müddətdir zəif çıxış edirlər. Mövsümün startı həqiqətən uğursuz oldu, baxmayaraq ki, "Liverpul"un çətin oyunları yox idi. Düzünü desəm, "Liverpul"un 10 xal toplaması lazım idi. Heç bir azarkeş baş məşqçini günahlandırmayacaq və ya ona şübhə ilə yanaşmayacaq. Bu mövsüm həlledici rol futbolçuların üzərinə düşəcək, ona görə də mən və əksər azarkeşlər bu oyunçulardan daha çox şey tələb edəcəyik", – deyə Karrager Sky Sports-a açıqlamasında bildirib.