"Ferrari"də daxili vəziyyət ürəkaçan deyil.

Offsideplus.az "Corriere della Sera" nəşrinə istinadən xəbər verir ki, Lyuis Hemiltonun trasda onunla çalışan mühəndislər komandasından narazı olduğu bildirilir.

Formula 1-in 7 qat çempionu artıq bir sıra əsas mütəxəssislərin əvəzlənməsini xahiş edib.

Onun "Ferrari"nin rəhbəri Frederik Vasyörlə arasındakı münasibətlərin də pisləşdiyi iddia olunur.