AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının V turundakı hakim qərarlarına münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, o, "Araz-Naxçıvan" - "Turan Tovuz" matçında ev sahiblərinin lehinə verilən penalti qərarının yanlış olduğunu bildirib.
Qeyd edək ki, bu penalti nəticəsində görüş 2:2 hesablı nəticə ilə başa çatmışdı.


