Formula 1 2027-ci idə Monako Qran-prisi sprint yarışlarının keçiriləcəyi mərhələlər sırasına daxil olacaq.
Offsideplus.az xəbər verir ki, növbəti mövsüm üçün rəsmi təqvim çərşənbə günü açıqlanmalıdır. Nəzərdə tutulan 24 yarışdan ən azı 6-sında sprint mərhələsinin təşkili planlaşdırılır.
"GP Blog"un iddiasına görə, 2027-ci ildə bu siyahıya ilk dəfə Monako Qran-prisi də əlavə olunacaq.
Qeyd olunur ki, Formula 1 rəhbərliyi iki əvəzinə dörd rəqabətli sessiya təşkil etməklə mərhələyə olan tamaşaçı marağını artırmağı hədəfləyir.


