"Sky Sports" Premyer Liqanın 4-cü turunun "Mançester Yunayted" – "Mançester Siti" matçında (0:1) Erlinq Holandın vurduğu qoldan sonra hakimlər arasında keçən danışıqların stenoqramını dərc edib.
Offsideplus.az xəbər verir ki, baş hakim Maykl Oliver əvvəlcə Entso Fernandesin oyundan kənar vəziyyətdə olduğunu əsas gətirərək qolu ləğv etsə də, VAR-ın müdaxiləsindən sonra qərarını dəyişib. Lakin Liqanın Hakimlər Komissiyası sonradan yarımmüdafiəçinin ofsaydda olaraq epizoda təsir etdiyini və qolun ləğv edilməli olduğunu etiraf edib.
VAR hakimlərinin dialoqu:
-
AVAR: "Entso, Entso. Holandda ehtimal olunan ofsaydı yoxlayıram".
-
Baş hakim (Maykl Oliver): "Meydandakı qərar – ofsayd".
-
VAR: "Holandın ofsayd qərarını yoxlayırıq. Vəziyyət sərhəddədir. O, təmiz mövqededir, indi hücum fazasını yoxlamalıyıq. [Entso tərəfindən] toxunuş olmayıb, məsafə görünür. Doğrudur? Qoldur. Maykl, qərarı dəyişib qolu qeydə almaq lazımdır. Holand təmiz mövqededir. Yekun qərar – qol".


