İspaniyanın Marca nəşri La Liqanın 6-cı turunda keçirilən "Elçe" – "Real Madrid" oyununda futbolçuların və məşqçilərin çıxışını dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, "Real Madrid"in hücumçusu Karlos Espi əvəzetmədən meydana daxil olub və 86-cı dəqiqədə qələbə qolunu vurduğu üçün ən yüksək – 3 ulduzla qiymətləndirilib.

Kilian Mbappe, Cud Bellingem, Yan Diomande, Arda Güler, həmçinin bir neçə "Elçe" futbolçusu və onların baş məşqçisi Martin Anselmi 2 ulduz alıb.

Qalan oyunçular 1 ulduzla kifayətlənib. Vinisius Junior və "Real Madrid"in baş məşqçisi Joze Mourinyo isə ümumiyyətlə qiymət almayıb.

Qarşılaşmadan sonra Vinisius Junior bildirib: "Qollarım tezliklə geri dönəcək, bu qədər fürsəti qaçırmaq olmaz! Bazar günü daha artığını gözləyin".