Kataloniya təmsilçisi "Barselona" Çempionlar Liqasındakı oyunlarından sonra "Ştutqart"ın yarımmüdafiəçisi Anjelo Ştillerə olan marağını artırıb.
Offsideplus.az xəbər verir ki, Almaniya millisinin 25 yaşlı üzvü qitə miqyaslı turnirdə etdiyi məhsuldar ötürmə ilə skautların diqqətini çəkməyi bacarıb.
Futbolçu ilə yalnız "Barselona" deyil, həm də "Mançester Yunayted" klubu ciddi şəkildə maraqlanır.
"Ştutqart"ın isə yarımmüdafiəçi üçün təxminən 43.5 milyon funt sterlinq məbləğində transfer haqqı tələb edə biləcəyi bildirilir.


