"Los Anceles Leykers"in yeni əsas mərkəz oyunçusu Uoker Kessler yay transfer dövründə klubun ən böyük və riskli addımı hesab olunur. Klub Kessleri iyul ayında "Yuta"dan əldə edib və bunun üçün 2031 və 2033-cü illərin qorunmayan birinci raund seçimlərini, həmçinin 2028 və 2030-cu illərdə seçim hüququnu verib. Kessler daha sonra "Leykers"lə 4 illik, 129,5 milyon dollarlıq müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, idman jurnalisti Den Uoyki bu transferin zəruri olduğunu düşünür. Onun fikrincə, mərkəz mövqeyində uzunmüddətli həllin olmaması Luka Donçiçi narazı sala bilərdi. Uoyki əsas risk kimi Kesslerin həlledici oyunlarda təcrübəsinin azlığını göstərib: "Kessler indiyədək NBA-də yüksək təzyiqli matçlarda demək olar ki, oynamayıb. Onun qarşısına heç vaxt Ulduzlar Oyununda iştirak edən oyunçu səviyyəsində çıxış etmək və ya daha da güclü olmaq tələbi qoyulmayıb. 'Leykers'in ödədiyi yüksək məbləğin əsaslandırılması üçün məhz bu səviyyədə çıxış etməlidir", – deyə Uoyki qeyd edib.