AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində Futbol Fitnesi C Sertifikat Proqramı başlayıb.
Offsideplus.az xəbər verir ki, tədbirin açılışında qurumun baş katibinin müavini Elçin Məmmədov və Təhsil proqramının rəhbəri Aslan Kərimov iştirak ediblər.
Məşğələləri assosiasiyanın fitnes mütəxəssisi Turcay Əhmədov keçir.
Kursun əsas məqsədi fitnes məşqçilərinə futbolçuların fiziki hazırlığı üzrə baza bilikləri qazandırmaq və onları UEFA Fitnes B təhsil səviyyəsinə hazırlamaqdır. Məşğələlər fasilələrlə noyabr ayınadək davam edəcək.


