Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlığın ikinci mərhələsi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.
Offsideplus.az xəbər verir ki, U-20 millimiz oktyabrın 3-də Moldovanın, oktyabrın 6-da isə Yaponiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq. Hər iki görüş Qəbələ şəhər stadionunda keçiriləcək.
Oyunların başlanma saatı ilə bağlı daha sonra məlumat veriləcək.
Qeyd edək ki, U-20-nin təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-dək baş tutacaq.


