Yunanıstanın "Panatinaikos" klubunun kapitanı Kostas Slukas məşqçi Zeljko Obradoviçin Avropa basketboluna qayıdışını dəyərləndirib. Slukas daha əvvəl beş il ərzində Obradoviçlə "Fənərbaxça"da birgə çalışıb.
Offsideplus.az xəbər verir ki, Slukas açıqlamasında məşhur serb mütəxəssisin onun karyerasında böyük rol oynadığını bildirib: "Bir çox xatirələrim canlandı. Çox sevindim. Mən "Fənərbaxça"ya gələndə 25 yaşım var idi və rotasiya oyunçusu idim. Onun dəstəyi və məsləhətləri sayəsində oradan ulduz kimi ayrıldım". Slukas əlavə edib ki, Obradoviçin zəhmətkeşliyi və Avropa basketboluna təsiri danılmazdır: "Mənim üçün o, Avropa basketbolu tarixinin ən yaxşı məşqçisidir".


