"Arsenal"ın cinah oyunçusu Noni Madueke Avropa nəhənglərinin diqqət mərkəzində qalmağa davam edir.
Offsideplus.az xəbər verir ki, "Atletiko Madrid" və "Yuventus" klubları yaxınlaşan yanvar transfer pəncərəsi öncəsi futbolçunun durumunu yaxından izləyirlər.
Əgər futbolçunun "Arsenal"dakı oyun vaxtında artım baş verməzsə, satınalma opsiyası ilə icarə variantı ən real transfer formulu kimi qiymətləndirilir. Hələlik heç bir rəsmi danışıqların aparılmadığı və Maduekenin 2030-cu ilin yayına qədər London klubu ilə müqaviləsinin olduğu bildirilir.


