Kataloniya təmsilçisi "Barselona" sol cinah müdafiəçisi Alexandro Baldenin transferi ilə bağlı gələn təklifləri dinləməyə yaşıl işıq yandırıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi Hansi Flikin gələcək planlarında sol cinah mövqeyində əsasən Xavi Espart və Joau Kanseloya üstünlük verməyi planlaşdırdığı bildirilir.
İspaniya nəhəngi 22 yaşlı futbolçunun yanvar ayında təxminən 40 milyon avro qarşılığında komandanı tərk etməsinə icazə verə bilər.
Qeyd olunur ki, daha əvvəl "Mançester Yunayted", "Liverpul" və "İnter Milan" klubları da gənc oyunçu ilə yaxından maraqlanıblar.


